29 Mart, 2012
“Öz biznesinə başla”

İqtisadi İnkişaf Nazirliyi Gəncədə treninq keçirib

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncədə Beynəlxalq Əmək Təşkilatının “Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir” Proqramı çərçivəsində gənclər üçün “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninq keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən xəbərə görə, treninqdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə məlumat verilib.
Həmçinin, tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Xatirə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!