29 Mart, 2012
Fövqəladə hallar naziri Şamaxıda

O, Muğanlı kənd sakinləri ilə görüşüb

Kəmaləddin Heydərov sürüşmə baş verən Muğanlı kəndinin sakinləri ilə görüşüb

 Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxı rayonunun sürüşmə baş verən Muğanlı kəndinə gedib. Simsar.az-ın xəbərinə görə, nazir əvvəlcə sürüşmə zonasına vertolyotla baxış keçirib, daha sonra qəzalı vəziyyətə düşən evlərlə tanış olub, yerli sakinlərlə görüşüb. 

Nazir deyib ki, qəzalı vəziyyətə düşən evlərin sakinlərinin köçürülməsi prosesi Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının canlı qüvvəsi və texnikasının köməkliyi ilə həyata keçiriləcək. Nazir, rayonun Meysəri kəndi ərazisində Muğanlı kənd bələdiyyəsinə məxsus pay və bələdiyyə torpağına da baxış keçirib.

K. Heydərov Ağsu rayonu ərazisində torpaq sürüşməsi baş verən kəndlərin sakinləri ilə də görüşüb.

Nazir yerli sakinlərlə görüşlərində əraziyə Azərbaycan prezidentinin tapşırığı ilə gəldiyini, sürüşmədən ziyan çəkən əhalinin bütün tələblərinin yerinə yetiriləcəyini, köçürülmə, evlərin tikilməsi proseslərinin yüksək səviyyədə təşkil olunacağını vurğulayıb.

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev nazirə mövcud vəziyyət barədə məlumat veriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!