28 Mart, 2012
Ginnesin təraş olunan rekordçuları

Rekordla bağlı aksiyanı təraş ləvazimatları istehsal edən şirkət təşkil edib

Yunanıstanın Saloniki şəhəri qeyri-adi Ginnes rekorduna ev sahibliyi edib. Belə ki, 2150 kişi eyni vaxtda təraş olunaraq, Ginnesin Rekordlar Kitabına düşməyə nail olub. Təraş ləvazimatları istehsal edən şirkət tərəfindən təşkil edilən rekord cəhdini 50-yə yaxın səlahiyyətli şəxs izləyib. Aksiyadan əldə edilən gəlir isə kimsəsiz uşaqlara xərclənəcək.

Qeyd edək ki, Yunanıstanda qeydə alınan rekord 2009-cu ildə Hindistanda 868 nəfərin eyni vaxtda təraş olması ilə Ginnesin kitabına düşən rekordu təzələyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!