28 Mart, 2012
ƏLİ MİRƏLİYEV: "TƏHSİL, SƏHİYYƏ, MƏDƏNİYYƏT NAZİRLİKLƏRİNİ BAĞLAMAQ LAZIMDIR" - VİDEO

Müğənni müsahibəsində bütün qurumlara qarmaq atıb

“Azərbaycan mədəniyyəti ona görə bu gündədir ki, ona rəhbərliyi işini, mədəniyyətin nə olduğunu bilməyən adamlar edir".

Simsar.az xəbər verir ki, bunu “radikal.tv” saytına müsahibəsində müğənni Əli Mirəliyev deyib. 

O, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, həmçinin onun sələfi Polad Bülbüloğlu barədə ağır tənqidlər işlədib, onların formal əvəzlənməsini “tula itdən murdar” məsəlilə qiymətləndirib.

Əbülfəs Qarayevi mədəniyyətdən xəbərsiz adam kimi xarakterizə edən müğənni onu istedadsızlara hamilik etməkdə, bu qəbildən olan insanlara ev, maşın, fəxri adlar təşkil etməkdə suçlayıb. Müğənni müsahibəsində nazirin istefasını da zəruri sayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!