28 Mart, 2012
2917 nəfər TQDK-nın qəbulunda adı olmadan ali məktəbdə oxuyub

Dövlət qulluğuna qəbulla bağlı imtahan vermək istəyən 664 nəfərin isə TQDK-nın keçirdiyi test imtahanında iştirak etmədiyi məlum olub

Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı imtahan vermək istəyən 664 nəfərin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən test imtahanında iştirak etmədiyi aşkarlanıb. Simsar.az-ın məlumatına görə, bu barədə “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin təqdimat mərasimində TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, müxtəlif idarə və təşkilatlar, nazirliklər tərəfindən TQDK-ya daxil olan məktublar əsasında ali məktəbi bitirdiyini bildirən, lakin TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etməyən 734 nəfər müəyyən olunub.

TQDK sədri bildirib ki, 2005-ci ildən TQDK magistraturaya qəbul imtahanı keçirir: “Magistraturaya sənəd verən şəxslərin sənədləri araşdırılan zaman sənəd verən 2917 nəfərin TQDK tərəfindən bakalavr pilləsinə keçirilən imtahanlar vasitəsilə ali məktəbə daxil olmadığı aşkarlanıb”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!