27 Mart, 2012
Qubad İbadoğlu 5000 Norveç kronu udub

Onun layihəsi birinci yerə layiq görülüb 

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyətinin sədri Qubad İbadoğlunun Azərbaycan iqtisadiyyatının müasir problemlərinə həsr olunmuş siyasət sənədi Beynəlxlaq Əlaqələr üzrə Norveç İnstitutunun (NUPİ) keçirdiyi müsbiqədə qalib olub. Müəllif 5000 Norveç kronu məbləğində (1 Norveç kronu =14 qəpik) mükafatlandırılacaq.

İTM-in ictimaiyyətlə əlaqələr xidmətindən Simsar.az saytına verilən məlumatda bildirilir ki, seçilmiş araşdırma əsəri Azərbaycan iqtisadiyyatının müasir durumu, iqtisadi kriminallaşma və gölkə iqtisadiyyatı problemlərinə həsr olunub.

NUPİ beyin mərkəzləri və fərdi ekspertlərlə əməkdaşlıq edən tanınmış araşdırma və siyasət mərkəzidir. İnstitut hər il Mərkəzi Asiya və Cənubi Qafqazdan 28 seçilmiş araşdırma layihəsini maliyyələşdirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!