27 Mart, 2012
Arvad döyməyin yolları

İngiltərədə bu barədə kitab çıxıb 

İngiltərədə yeni evlənən müsəlman kişilər üçün xanımlarını necə döyə bilmələri haqqında məlumat verən kitab nəşr olunub. Gözlənildiyi kimi kitab ölkədə böyük etiraza səbəb olub.

Simsar.az-ın məlumatına görə, dünyanın hər tərəfində qadına şiddətin əleyhinə kampaniyalar apararkən İngiltərədə satışa çıxan “A Gift For MuslimCouple” (Müsəlman cütlüklərə hədiyyə) adlı 160 səhifəlik kitab yeni evlənən müsəlman gənclərə sözlərini dinləməyən həyat yoldaşlarını necə döymələrindən bəhs olunur.

Kitabda qadınların ərlərinin izni olmadan çölə çıxması pislənilir və çıxdığı zaman kişilərə həmin xanımların qulağından çəkə biləcəyi, ya əllə, ya da başqa alətlə döyə biləcəyi məsləhət olunur.

Kitab qadınları da yaddan çıxartmayaraq, onlara bəzi məsləhətlər də verir: “Əriniz üçün hər zaman baxımlı olun, onların arzularını yerinə yetirin”.

Xatırladaq ki, dünyada hər 3 qadından 1-i ailədaxili şiddətə məruz qalır.
Hər il dünyada zorakılıq üzündən, döyülməkdən 1200-ə yaxın qadın ölür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif zərbələrə tuş gəlir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!