27 Mart, 2012
Sürüşmə zonalarında monitorinqlər

Sürüşmələrin vəziyyəti və aktivləməsinin səbəbləri araşdırılacaq

Azərbaycan ərazisində sürüşmələrin vəziyyəti və aktivləşmələrin səbəblərinin öyrənilməsi üçün monitorinqlərə başlanıb.

 Bu barədə Simsar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib. 

Onun sözlərinə görə, ilk monitorinqlər Şamaxı rayonlunda həyata keçiriləcək: “Şamaxıda 22 sürüşmə sahəsi var, Şirvanzadə, Meysəri, Sagiyan, Bağırlı, Cəbani, Şərədil, Kağan, Dədəgünəş kəndlərinə ilkin baxış keçirilib. Həmin ərazilərdəki sürüşmələrdə aktivləşmələr müşahidə olunub. Monitorinq ərəfəsində aktivlik müşahidə olunan və daha dinamik proseslər baş verən ərazilər haqqında tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara məlumat veriləcək”.

Ş. Niftiyev bildirib ki, monitorinqlər İsmayıllı, Ağsu və Qobustan rayonlarında davam etdiriləcək: “Paralel olaraq Quba, Dəvəçi, Qusaq, Xaçmaz rayonlarında da monitorinqlər aparılacaq”.

Baş mühəndisin sözlərinə görə, respublikanın cənub bölgəsində də sürüşmə sahələrində müəyyən aktivləşmələr müşahidə edilir: “Bu səbəbdən Lənkəran, Yardımlı, Astara və Masallı rayonlarındakı sürüşmə sahələrində də monitorinqlər aparılacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!