26 Mart, 2012
Gəncədə tələbələrə Nizami təqaüdü verilib

10 tələbəyə Nizami təqaüdü təyin edilib 

Gəncədə Nizami təqaüdünün verilməsi təşəbbüsü Nizami Gəncəvinin 870 illiyi münasibətilə yaradılıb. Bu barədə məlumatı Gəncə şəhər Regional Elmi Mərkəzin direktor müavini Samir Pişnamazzadə məlumat verib. O, bildirib ki, Azərbaycan Texnologiya Universitetinin 10 tələbəsinə Nizami təqaüdü təyin olunub:
“Nizaminin yubileyi günləri çərçivəsində bir çox tədbirlər, layihələr, ideyalar nəzərdə tutulub ki, bunlardan biri də Nizami təqaüdünün verilməsidir. Bu təqaüd Gəncənin ali təhsil müəssisələrində təhsil alan ən yüksək göstəriciləri olan savadlı, əlaçı tələbələrə verilir. Hələlik ancaq Texnologiya Universiteti təqaüdü verib. İl ərazində digər ali təhsil müəssisələri də layiqli tələbələrini seçəcəklər”. Nizami təqaüdü 100-150 manat məbləğindədir. Təyin olunan təqaüdü tələbələr 1 il ərazində alacaqlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!