26 Mart, 2012
Saat qülləsi yeni simada

Bulvardakı saat qülləsindəki təmir işləri başa çatıb

Bakı bulvarındakı Saat qülləsində aparılan təmir işləri başa çatdırılıb

 Bu haqda Simsar.az saytına Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi rəhbərinin müavini Nazim Məcidov məlumat verib.

O, Saat qülləsinin yeni sima aldığını, orada işıq effektlərinin yaranması üçün xüsusi qurğunun quraşdırıldığını söyləyib.

Qüllədə saatı, havanın temperaturunu, küləyin sürətini və sairi göstərən yeni elektron tablo da quraşdırılıb: "Qüllə müasir standartlara uyğun şəkildə təmir edilib".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!