26 Mart, 2012
"Eşşək abidəsi" Gəncədə

Məmurların uzunqulağa olan sevgisi bitmək bilmir 

Gəncə şəhəri Cavadxan küçəsində eşşəyə heykəl qoyulub. Gəncə şəhəri İcra Hakimiyyətinin rəsmiləri bildiriblər ki, şəhərdə aparılan quruculuq-abadlıq işləri çərçivəsində uzunqulaq abidəsinin qoyulmasında qəbahət görmürlər.

Gəncə sakinləri isə Azərbaycanın ikinci böyük şəhərində belə bir abidəinin qoyulmasından narazı qaldıqlarını vurğulayıblar.

Xatırladaq ki, ötən ilin yayında Şamaxı rayonunun girişində - Həmyə kəndinə gedən yolda eşşək arabasında kəndli heykəlinin qoyulması ciddi narazılığa səbəb olmuşdu. O zamana Şamaxı rayonu İcra Hakimiyyətinin rəsmiləri açıqlama verərək bildirmişdilər ki, həmin heykəl qədimliyi tərənnüm edir və hansısa məna axtarmaq mənasızdır.
Amma ölkədə böyük səs-küy doğuran bu hadisə sonra heykəlin uçurulması iləı yekunlaşdı. Şamaxı rayonu İcra Hakimiyyətinin “qədimliyi tərənnüm edən abidə kompozisiyası” adlandıdığı eşşək heykəli bir “Kamaz” sürücüsü tərəfindən bilərəkdən, ya bilməyərəkdən dağıdıldı. Bu mövzü uzun müddət aktuallığını itirmədi.

 Simsar.az 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!