19 Mart, 2012
Park Bulvarda Novruz şənlikləri başlayıb

Novruz şənlikləri çərçivəsində satış-yarmarkaları fəaliyyətə başlayıb

Bu gün Park Bulvar ərazisində Azərbaycanın 20-dən çox şəhər və rayonunun iştirakı ilə Novruz şənlikləri çərçivəsində satış-yarmarkaları fəaliyyətə başlayıb.

Simsar.az-ın xəbərinə görə, bakılı alıcılara Qəbələ, Qax, Şəki, Balakən, Gəncə , Xaçmaz, Gədəbəy və digər regionlara xas nemətlər, kənd təsərrüfatı məhsulları və yerli istehsal nümunələri təklif olunub. Tədbirdə peşəkar musiqiçi, xanəndə, müğənnilərin və bədii özfəaliyyət kollektivlərinin çıxışları da maraqla qarşılanıb.

Dənizkənarı parkda, həmçinin, Milli Respublika Kitabxanasının fondunun kitab nümunələrindən ibarət sərgi təşkil edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!