16 Mart, 2012
Qərib Məmmədov: "Sənədsiz evlərlə bağlı qanun layihəsi hazırdır"

Layihənin hansı quruma təqdim edilməsi maraq doğurur

“Azərbaycan prezidenti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdı ki, sənədsiz evlərin qeydiyyatı ilə bağlı qanun layihəsinin hazırlanması üçün müvafiq qurumlarla, o cümlədən Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsi ilə birlikdə iş görülsün. Qanun layihəsi hazırlanaraq müvafiq quruma təqdim olunub”.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsinin sədri Qərib Məmmədov deyib.

O, qanun layihəsinin konkret hansı quruma təqdim edildiyini söyləməkdən imtina edib. “Biz bununla bağlı öhdəmizə düşmüş işi görmüşük” – deyə o bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!