16 Mart, 2012
Bayramda havalar yaxşı olacaq

Martın 18-dən havalar sabitləşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, mart ayının 18-dən başlayaraq ölkə ərazisində hava şəraitinin sabitləşməsi gözlənilir.

“Martın 18, 19, 20 və 21-də günün birinci yarısınadək ölkə ərazisində nisbətən mülayim hava şəraiti üstünlük təşkil edəcək. Havanın temperaturu günü-gündən yüksələcək, iqlim normasına yaxınlaşacaq.

Paytaxtda martın 18-də temperatur 8-12 dərəcə, 19, 20 və 21-də isə 14-16 dərəcə isti təşkil edəcək. Cənub qərb küləyi üstünlük təşkil edəcək. Arabir güclənən cənub qərb küləyinin sürəti üstünlük təşkil edəcək”.

U.Tağıyeva respublikanın rayonlarında da bayram ərəfəsində havanın temperaturunun yüksələcəyini gözlənildiyini deyib.

“Rayonlarda da yağıntı gözlənilmir, mülayim xoş hava şəraiti olacaq. Əksər rayonlarda səhər və axşam saatlarda ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Ümumilikdə rayonlarda da temperaturun yüksəlməsi gözlənilir.”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!