16 Mart, 2012
İlk sınaq imtahanlarının vaxtı açıqlanıb

İştirak etmək istəyən abituriyentlər 7735 nömrəsinə boş sms göndərib virtual kart əldə edə bilərlər 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə hazırlaşanlara kömək üçün keçirilən ilk sınaq imtahanının vaxtını açıqlayıb.

Simsar.az-ın məlumatına görə, ilk sınaq imtahanı aprelin 8-də keçiriləcək.

Həmin imtahana yazılmaq istəyən abituriyentlər martın 16-dan etibarən mobil telefon nömrələrindən 7735 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər.

Ödəmə kartlarını "Visa/Visa Electron" və ya "Mastercard/Maestro" plastik kartı olan istənilən şəxs Komissiyanın internet saytından ödəmə etməklə də əldə edə bilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!