16 Mart, 2012
Əfv sərəncamının icrasına başlanılıb

Əfv olunanlar arasında Ruslan Bəşirli də var

Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamının bu gün icrasına başlanılıb.

APA-nın məlumatına görə, martın 15-də imzalanmış sərəncam ümumilikdə 62 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ümumilikdə 55 nəfər cəzanın çəkilməmiş hissəsindən, 6 nəfər, cərimə cəzasından, 1 nəfər isə islah işlərindən azad edilib.

Əfv olunanlardan üçü Gürcüstan vətəndaşıdır.

Əfv edilənlərin 60-ı kişi, 2-si qadındır.

Əfv olunanların sırasında AXCP-nin iki üzvü də var. Bunlar Ruslan Bəşirov və Elnur İsrəfilovdur. Hər iki şəxs əfv olunması üçün Azərbaycan prezidentinə müraciət edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!