15 Mart, 2012
Yeni kəşf: dəri xərçənginə tutulanlar daha çox yaşayacaqlar

Dərman xəstələrin ağrılarını da aradan qaldıracaq

Xərçəng xəstəliyinin müalicəsi üçün yeni vasitə tapılıb. Simsar.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa ölkələrində dəri xərçəngi xəstələrinin daha uzun müddət yaşamasını təmin edəcək yeni vasitə artıq satışa çıxarılıb. Dərman xəstələrə 8 və 10 ay daha artıq yaşamasını təmin etməklə yanaşı həm də ağrıları aradan qaldırır, xəstələrin özlərini gümrah hiss etməsinə rəvac verir. Hətta bu həbin xəstənin ömrünü 16 aya qədər uzatdığı da təsdiq olunub.
Bu xərçəng xəstəliyi sahəsində son illərin ən böyük kəşfi hesab olunur.

Xatirə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!