15 Mart, 2012
Azərbaycan martın 25-də yay vaxtına keçəcək

Əqrəblər bir saat qabağa çəkiləcək

Azərbaycan martın 25-də yay saatına keçəcək. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, yay vaxtına keçid mart ayının 25-də saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə həyata keçiriləcək.

Qeyd dək ki, Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı ilə hər il mart ayının son bazar günü Azərbaycan Respublikasının ərazisində yay vaxtına keçilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!