15 Mart, 2012
BAKIDA MƏKTƏBLƏR VAXTINDAN ƏVVƏL BAĞLANACAQ?

Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri:“Eurovision-2012” mahnı müsabiqəsi Bakı məktəblərində dərs prosesinə heç bir təsir göstərməyəcək”

Bu ilin mayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxt məktəblərində dərslərin vaxtından əvvəl dayandırılacağına dair məlumatlar dolaşırdı. Qeyd olunurdu ki,  
yarışmaya görə, məktəblilər mayın 1-də yay tətilinə buraxılacaqlar.

Yayılam məlumatlara aydınlıq gətirmək üçün Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı ilə əlaqə saxladıq. Z.Əliqızının sözlərinə görə, artıq 2011-2012-ci dərs ili təsdiq olunmuş tədris planına uyğun olaraq keçiriləcək. Yəni dərslər plana uyğun olaraq 2011-ci il sentyabrın 15-də başladığı kimi, mayın 31-də də yekunlaşacaq.
Z.Əliqızı əlavə etdi ki, “Eurovision-2012” mahnı müsabiqəsi Bakı məktəblərində dərs prosesinə heç bir təsir göstərməyəcək.
Sektor müdirinin dediyinə görə, yarışma axşam saatlarında keçiriləcək və bu da dərslərin gedişinə, məktəblilərin hərəkətinə maneə olmayacaq.

RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!