15 Mart, 2012
"Tütək səsi" filmi bərpa olunub

Filmdə müharibənin Azərbaycandakı kənd adamlarına gətirdiyi problemlər qabarılır

Filmdə sovet dövründə kəndlərdə baş verən mənəvi-əxlaqi problemlər qabardılır.

 Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birlikdə 1976-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş "Tütək səsi" filmini bərpa edib. Bu barədə Simsar.az-a fondun mətbuat xidmətindən məlumat verilib. 

Film rejissor, xalq artisti Rasim Ocaqov tərəfindən çəkilib. Filmin ssenari müəllifi xalq yazıçısı İsa Hüseynov, operatoru Teyyub Axundov, bəstəkarı Cahangir Cahangirovdur. Baş rollarda Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev, SSRİ xalq artisti Mixail Volontiv, Gürcüstanın xalq artist Lia Elyava, Azərbaycan aktyorlarından Xaliqə Qasımova, Akif Məhərrəmov, Ötkəm İsgəndorov çəkilib.

Filmdə hadisələr II Dünya müharibəsi dövründə Azərbaycan kəndində baş verir və o dövrdə kənddə olan mənəvi-əxlaqi problemlər qabardılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!