15 Mart, 2012
Meteohəssas insanlara xəbərdarlıq

Güclü külək bu cür insanlara pis təsir edə bilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Simsar.az-ın verilən məlumata görə, martın 16-17-də Abşeron yarımadasında güclü Xəzri küləyi fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Martın 16-da Bakı və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Mülayim şimal küləyi axşam arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı proqnozlaşdırılır. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 9-14 dərəcə şaxta olacağı gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!