15 Mart, 2012
Bakı bələdiyyəsindən saxta sənədlə torpaq satışı

Korrupsiya Qarşı Mübarizə idarəsi bunu aşkarlayıb

Bakı şəhər sakini Əliyev Elçin Behbud oğlunun Badamdar qəsəbəsi ərazisində torpaq sahəsi almaq üçün Elşən Quliyev adlı şəxsə 29 500 ABŞ dolları verməsi, sonradan ona verilən sənədin saxta olmasını müəyyən etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

 Simsar.az-ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, müəyyən edilib ki, Elşən Quliyev Səbail bələdiyyəsi tərəfindən Tofiq Həmidov adlı şəxsin adına heç bir sənədləşdirmə aparılmadığı halda sonuncunun adına verilmiş sərəncam və digər sənədlər əsasında Elçin Əliyevə torpaq sahəsi satması ilə əlaqədar ondan 29 500 ABŞ dolları məbləğində pul alıb.

Toplanmış material üzrə dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.1-ci maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!