15 Mart, 2012
Dovşandodaq uşaqlara müjdə

Bu uşaqlar pulsuz əməliyyat olunacaq

Azərbaycana səfər edən Yer Üzü Həkimlər Dərnəyinin Türkiyə təmsilçisi və Qadın Sağlıqçılar Dayanışma Dərnəyinin rəhbəri Sare Davudoğlu bu ilin may ayında “Lider Qadınlar” Birliyinin dəvəti ilə yenidən Bakıya gələcəklərini deyib.

Simsar.az saytına açıqlamasında Türkiyə xarici işlər nazirrinin həyat yoldaşı Sare Davudoğlu bildirib ki, bu zaman Azərbaycanda pulsuz əməliyyat edəcəklər: “Anomalli, marfosyonlu, dodaq- damaq yarıqlı doğulmuş uşaqların əməliyatını edirik. Zənn edirəm ki, aprel- may aylarında Heydər Əliyevin doğum gününden əvvəl Məlahət İbrahimqızının təşkilatçılığı ilə ile dodaq damaq yarıqlı bir qrup uşağı dərnəyimizin plastik cərrahları əməliyyat edəcəklər”. 

Qeyd edək ki, Sare Davudoğlu müxtəlif adlı layihələrlə dünyanın müxtəlif bölgələrində, xüsusən də Afrikanın geridə qalmış ölkələrində dərnəyin cərrahları tərəfindən bu cür əməliyyatların edilməsinə rəhbərlik edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!