14 Mart, 2012
Maştağa yollarında bayram belə qarşılanır

Yollarda qrunt suları dizə qalxır

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki yollarda qrunt suları ciddi problemlər yaradıb. Bunu Simsar.az-a açıqlamasında 28 saylı Sabunçu üçüncü seçki dairəsinin deputatı Eldar Quliyev deyib. O qeyd edib ki, problemlə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə, “Azərsu” ASC-lə, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və digər dövlət qurumları ilə əlaqə saxlanılıb.

E.Quliyev hazırda kənd qəbristanlığının, sakinlərin həyətlərinin, kəndarası yolların qrunt suları altında qaldığını vurğulayıb.
”Bu da onunla bağlıdır ki, son vaxtlar daha çox yağıntılar oldu və nəticədə qrunt suları qalxdı”.
Deputat qrunt sularının qarşısının alınması üçün müəyyən işlərin görülməsini vacib sayır:

“Hesab edirəm ki, ən optimal variant suyun kollektorlarla Hövsan istiqamətindən dənizə axıdılmasıdır. Maştağada “Dərə Məhəllə” adlı yerdə problem daha qabarıq şəkildə özünü göstərir.
"Bütün dövlət qurumları ayağa qalxmalıdı. Mən bu problemlə bağlı martın 16-da hökümətin Milli Məsclisə hesabatı zamanıda məsələ qaldıracağam. Bunu həll etmək lazımdır, insanlar orda dözülməz vəziyyətdədilər və eyni zamanda qəbristanlığın dağıması da yolverilməzdi”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!