14 Mart, 2012
Jurnalistlər üçün yeni müsabiqə

Bu dəfə işğal olunan torpaqlar araşdırılacaq

Dünya Gənclər Bankı Şəbəkəsinin (WYBN) MDB ölkələri üzrə regional ofisi gənc araşdırma aparan jurnalistlər üçün müsabiqə elan edir.
 Qurumun mətbuat xidmətindən Simsar.Az-a verilən məlumata görə, DGBŞ regional ofisi, yaradıcı ideyalarını üzə çıxarmaq istəyən və Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrindən olan jurnalistləri müsabiqədə iştirak etməyə dəvət edir.

Müsabiqədə məqsəd Şuşanın və eləcə də, işğalda olan Qarabağ torpaqlarının tarixi faklarla, araşdırmalarla təsdiqli şəkildə Azərbaycan ərazisi olması və ermənilərin həmin əraziyə gəlmə tarixləri sübuta yetirilməlidir.

Müsabiqə aşağıdakı kateqoriyalarda təşkil olunur:

1) "Şuşa qalası – tarx bizə nə deyir?";

2) Ermənilərin Qarabağa gəlmə tarxinə bir baxış;

3) "Böyük Ermənistan ideyası – "Qarabağı münaqişəsi"kontekstində";

4)" Qarabağda dağıdılmış Azərbaycan mədəniyyəti";

Hər bir yazı məzmununa və yaradıcılığına görə qiymətləndiriləcək. Qiymətləndirmədə nəzərə alınacaq əsas kriteriyalar aşağıdakı kimidir:

1) yazının üslubu;

2) faktiki məlumatlardan istifadə;

3) ekspert rəylərindən istifadə; ( xüsusilə xarici araşdırmaçıların rəylərindən statlar)

4) Yazının reallığa uyğun olaraq analitik təhlili;

5) Beynəlxalq aləmə təsir edəcək faktların üzə çıxarılması

Son mərhələdə mütəxəssislərdən ibarət heyət ən yaxşı üç yazını seçəcək və bu qaliblər pul mükafatı və dəyərli hədiyyələrlə təltif olunacaq. Qiymətləndirmənin obyektivliyini təmin etmək üçün yazılar kodlaşdırılacaq və yalnız qiymətləndirmə bitdikdən sonra adlar açıqlanacaq. Təklifləri15 aprel 2012-ci il, saat 18:00-a qədər press@w-ybcis.net ünvanına göndərilə bilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!