13 Mart, 2012
Leyla Əliyeva: "Eurovision"a gələnlər ilk baxışdan Bakıya vurulacaqlar-VİDEO

"Biz qaliblərimizlə fəxr edirik"

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Bakı" jurnalının baş redaktoru Leyla Əliyeva Azərbaycanın "Eurovision" fan-klubuna dəstəyini ifadə edib.

"Əziz dostlar, biz çox şadıq ki, "Eurovision" müsabiqəsi bu il Bakıda keçiriləcək və bu, bizim gözəl şəhərimizi göstərmək, onun qədim tarixi, zəngin mədəniyyəti və adətləri haqqında danışmaq üçün böyük imkandır. Əminəm ki, şəhərimiz müsabiqəyə gələnlərin hamısına xoş gələcək və onlar ilk baxışdan ona vurulacaqlar", - Leyla Əliyeva deyib.

Onun sözlərinə görə, bu, böyük nailiyyətdir, çünki Azərbaycan bu müsabiqədə cəmi dördüncü dəfədir iştirak edir.

"Biz qaliblərimizlə fəxr edirik, müsabiqənin Bakı şəhərində keçiriləcəyindən qürur duyuruq. Onların qalib gəldikləri an çox həyəcanlandırıcı və xoşbəxt an idi. Mən "Eurovision" fan-klubuna, bu gənclərə irəli sürdükləri təşəbbüsə, ideyaya görə təşəkkür etmək istərdim. Biz dəstəkləmək, kömək etmək və Bakıda bu müsabiqənin daha maraqlı və gözəl olması üçün hər şeyi etməyə hazırıq", - Leyla Əliyeva deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!