13 Mart, 2012
Yenə də qar yağacaq

Martın 15-dən 18-ə kimi hava şəraiti qeyri-sabit olacaq

Martın 15-dən 18-dək Azərbaycan ərazində hava şəraiti yenidən qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva çərşənbə axşamı Simsar.az-a bildirib ki, həmin müddətdə fasiələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar və qar yağacağı gözlənilir.

Havanın temperaturu bu günlərə nisbətən 4-6 dərəcə aşağı enəcək. Bakı və Abşeron yarımadasında və rayonlarda şimal-qərb küləyi güclənəcək.

Tağıyeva deyib ki, bu gün və sabah gün ərzində nisbətən mülayim hava şəraiti davam edəcək. Cənub küləyi üstünlük təşkil edəcək. Bu gün axşam, sabah səhər və axşam saatlarında Bakı və Abşeron yarımadasında və rayonlarda bəzi yerlərdə havanın dumanlı olacağı gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!