13 Mart, 2012
Anar Məmmədov: "ABŞ-da 150 milyon adam Xocalı soyqırımı barədə məlumatlandırılıb"

Amerika-Azərbaycan Alyansının xətti ilə Vaşinqtonda 400-ə yaxın metro və avtobusda Xocalı soyqırımına aid posterlər yerləşdirilib

Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması tədbirləri çərçivəsində ABŞ-da 150 milyona yaxın insan bu soyqırımı barədə məlumatlandırılıb.

APA-nın məlumatına görə, bu fikirləri Amerika-Azərbaycan Alyansının təsisçisi Anar Məmmədov bildirib.

Son illər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı aparılan təbliğat işlərinin gücləndiyini deyən A. Məmmədov buna misal olaraq Xocalı soyqırımının ildönümündə dünyanın bir çox ölkələrində keçirilən izdihamlı aksiyaları göstərib: “Amerika-Azərbaycan Alyansı da Xocalı soyqırımının ildönümü ilə bağlı geniş tədbirlər həyata keçirdi. ABŞ-ın nüfuzlu “New York Times” və “Washington Post” qəzetlərinin bir səhifəsində Xocalı soyqırımına həsr olunmuş məqalələr dərc edildi. Vaşinqton şəhərində 400-ə yaxın metro və avtobusda Xocalı soyqırımına aid posterlər yerləşdirildi. ABŞ-ın bir sıra hava limanlarında əhaliyə Xocalı soyqırımından bəhs edən broşürlər paylandı, eləcə də ABŞ-ın bir sıra informasiya saytlarında Xocalı soyqırımı ilə bağlı materiallar yerləşdirildi”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!