12 Mart, 2012
İlaxır çərşənbəsində konsert və atəşfəşanlıq olacaq

 "Gənclər" meydanı istiqamətində nəqliyyatın hərəkəti dayandırılacaq

 “Novruz bayramı” tədbirləri çərçivəsində ilaxır çərşənbəsi ilə əlaqədar Bakıda İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişdiyi yerdən Qoşa Qala qarısının qarşısındakı “Gənclər” meydanı istiqamətində nəqliyyatın hərəkəti dayandırılacaq. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Simsar.az-ın verilən məlumata görə, məhdudiyyət sabah saat 23.00-dək davam etdiriləcək. 

Məlumda bildirilir ki, sabah Bakıda ilaxır çərşənbə münasibətilə milli geyimli 12 atlının müşayiəti ilə 5 fayton və 6 dəvədən ibarət olan bayram karvanı hərəkət edəcək. Karvan Suraxanı rayonu “Atəşgah” məbədində yandırılmış məşəli Qoşa Qala qapısının qarşısındakı “Gənclər” meydanına gətirəcək.

Saat 18.20-də həmin meydanda bayram konserti başlayacaq, 20.00-da atəşfəşanlıq olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!