12 Mart, 2012
Bakıda 1900-cü ildəki rekord göstərici təzələndi

Mart ayının 11-i 2,8 dərəcə şaxta olub 

Bakıda sabah hava mülayimləşəcək.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Simsar.az-a verilən məlumata görə, martın 13-də Bakıda havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-3, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.

Martın 13-də Abşeron yarımadasında nisbətən sabit və mülayim hava şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, martın 14-15-də atmosfer təzyiqinin təzadlı tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişsizdir.

Havanın minimal temperaturu mart ayının 11-də Bakıda -2.8 dərəcə şaxta təşkil edib ki, bununla da 1900-cü ildəki sutkalıq rekort göstərici (-2.00) təzələnib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!