10 Mart, 2012
"28 May" stansiyasının əsas girişi bağlanacaq

May ayı təmirə bağlanan əsas girişi Cabbarlı stansiyasının girişi əvəz edəcək

Bu il mayın axırlarında metronun “28 May” stansiyasının əsas girişi təmirə bağlanacaq. Bakı metropoliteninin mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, təmir işlərinə iyun ayında, tədris müəssisələrində tətil başlandıqdan sonra başlamaq planlaşdırılır. Təmir işləri təsdiq olunmuş layihəyə uyğun həyata keçiriləcək və stansiyanın girişini, vestibülünü və eskalatorlarını əhatə edəcəkdir. Hazırda stansiyanın modernləşdirilməsi işləri aparılır.
Stansiyanın əsas girişinin təmiri ilə əlaqədar olaraq sərnişinlər Azadlıq prospektindəki ikinci girişdən, habelə “Cəfər Cabbarlı” stansiyasına girişdən istifadə edəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!