10 Mart, 2012
Məktəblərdə “Gender siyasətinin əsasları” tədris olunacaq

Azərbaycanda məktəblərdə "Gender siyasətinin əsasları"nın tədrisinə başlanılacaq

Bu, Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə nəzərdə tutulur.

Sazişin “Sosial müdafiənin gücləndirilməsi istiqamətləri” hissəsində bildirilir ki, ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumi təhsil müəssisələrinin proqramlarına "Gender siyasətinin əsasları"nın tədrisi daxil ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!