9 Mart, 2012
"Coca Cola" və "Pepsi" məhsullarının tərkibi dəyişir

Şirkətlər karamel rəngin vermək üçün başqa maddədən istifadə edəcəklər

Məhsullara karamel rəngi vermək üçün istifadə edilən maddələrin tərkibində kanserogen olması iddiasına cavab olaraq, "Coca Cola" və "Pepsi" məhsullarının tərikibini dəyişmək qərarına gəliblər. Bu barədə cümə günü Simsar.az Türkiyə KİV-ə istinadən məlumat verir.

Məlumata əsasən, bu istiqamətdə artan təzyiqlərin qarşısını almaq məqsədilə Kaliforniya əyalət məhkəməsinin əmri ilə "Coca Cola" və "Pepsi" istehsal prosesində dəyişiklik edəcək.

Belə ki, şirkətlər karamel rəngini vermək üçün başqa bir maddədən istifadə edəcəklər. Yeni tərkibli məhsulların ilk dəfə Kaliforniyada satılacağı bildirilir.

Qazlı içkilər bazarının 90 faizinə sahib olan iki şirkətin məhsullarının tərkibini dəyişdirməsinə baxmayaraq, istehlakçılar içkilərin tamında heç bir fərq hiss etməyəcəklər.

"Coca Cola" nümayəndəsinin sözlərinə görə, karamel istehsal edən şirkətlərə istehsal zamanı tərkibində kanserogenin olduğu iddia edilən maddələrin azaldılması tapşırılıb.
 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!