9 Mart, 2012
Yunanıstanda rekord səviyyədə işsizlik

İşsiz yunanların sayı 3,3 milyondur

Ötən ilin dekabrında Yunanıstanda işsizlik səviyyəsi 21% təşkil edib ki, bu da ölkə üçün rekord göstəricidir.

 Simsar.az-ın xəbərinə görə, bu barədə Yunanıstan Statistika İdarəsi (Elstat) açıqlama yayıb.

İllik müqayisədə Yunanıstandan işsizlik səviyyəsi 14,8%-dən 17,3%-ə yüksəlib. Noyabr ayı ilə müqayisədə bu göstərici 0,1%, 2010-cu ilin dekabrı ilə müqayisədə isə 6,2% artıb.

İşsiz yunanların sayı 33 mln. nəfər təşkil edib. Daha yüksək (51,1%) işsizlik səviyyəsi 15-24 yaşlı gənclər arasında qeydə alınıb.

Avrozona ölkələri arasında yalnız İspaniyada işsizlik səviyyəsi Yunanıstandan yüksəkdir - 23,3%. “Eurostat”ın məlumatına görə, Portuqaliya və İrlandiyada bu göstərici 14,8%-dir. Ən aşağı işsizlik səviyyəsi isə Lüksemburq (5,1%), Niderland (5%) və Avstriya (4%).

Yanvarda avrozonada işsizlik səviyyəsi 10,7% təşkil edib ki, bu da rekord göstərici sayılır. İllik müqayisədə avrozonada işsizlərin sayı 1,2 mln. nəfər artıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!