9 Mart, 2012
Ölkəmizdə 3600-dən çox QHT, 4500-dən çox mətbuat orqanı var

2011-ci ildə 144 qeyri-hökumət təşkilatı qeydə alınıb

2011-ci ildə Azərbaycan Respublikasında 144 qeyri-hökumət təşkilatı (QHT) dövlət qeydiyyatına alınıb, 206 mətbu nəşr uçota götürülüb. Simsar.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi illik hesabatda bildirilib. Ədliyyə Nazirliyinin rəsmi məlumatına görə, hazırda ölkədə dövlət qeydiyyatına alınmış QHT-lərin sayı 3600-ü, KİV-lərin sayı isə 4500-ü ötüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!