8 Mart, 2012
Yol polisi sürücülərə müraciət etdi

Vaqif Əsədov: "Sürücülər son dərəcə diqqətli olmalıdırlar"

Bu gün paytaxta qar yağmasına baxmayaraq yollarda problem yaranmayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun Simsar.az-a verdiyi məlumata görə, hazırda yollar buz bağlamayıb və avtomobillərin hərəkətində maneələr yoxdur. 

Lakin, buna baxmayaraq yol polisi sürücülərə müraciət də edir. Qar yağdığına görə, yollarda hərəkət zamanı görüntünün pisləşməsi səbəbindən vətəndaşlar avtomobil idarə edərkən son dərəcə diqqətli olmalıdırlar.

“Sürət həddi gözlənilməli, bütün təhlükəsizlik qaydalarına son dərəcə riayət edilməlidir. Mümkün olarsa şəxsi avtomobillərdən az istifadə edilməsini məsləhət edirəm. Avtomobillərin sıx olduğu yerlərdə son dərəcə diqqətli olmaq lazımdır. Sürücülər piyadalara yol verməlidirlər”, - deyə Vaqif Əsədov vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!