7 Mart, 2012
İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları tələbələrlə görüşüb

İqtisadi İnkişaf Nazirliyi bu mövzuda seminar keçirib

Azərbaycan Dillər Universitetində “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar keçirilib. İqtisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən xəbərə görə, İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən təşkil olunan tədbirdə ali təhsil müəssisəsinin 100-ə yaxın müəllim və tələbəsi iştirak edib.
Tədbirdə istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat verilib, istehlakçıların maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Dövlət Xidməti tərəfindən ötən il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 160 min, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 buklet çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!