7 Mart, 2012
Ziyalılar Forumu bu dəfə qadınlardan danışıb

Bütün qadınlar təbrik olunub 

Bu gün Ziyalılar Forumunun növbəti toplantısı keçirilib. Bu dəfəki tədbir qadınlara həsr olunub. Tədbirdə Ziyalılar Forumunun üzvləri ilə bərabər, ictimai-siyasi həyatda aktiv qadınlar, partiya təmsilçiləri, hüquq müdafiəçiləri və jurnalistlər iştirak ediblər.

Forumun üzvləri qadınların ölkədə baş verən proseslərdə iştirakından, cəmiyyətdə rastlaşdıqları problemlərdən və çətinliklərdən danışıblar. Professor Rafiq Əliyev tədbirdə iştirak edən qadınların timsalında ölkədəki bütün qadınlara uğur və ailə rahatlığı arzulayıb. Ziyalılar Forumunun təsisçilərindən olan Eldar Namazov da qadınları qarşıdan gələn 8 mart- beynəlxalq qadınlar bayramı münasibəti ilə təbrik edib və xoş arzularını çatdırıb. Tədbirdə iştirak edən qadınlar isə qadınların problem və qayğılarından danışıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!