7 Mart, 2012
Magistraturaya qəbulla bağlı nəticələr açıqlandı

Bakalavrlar TQDK-nın internet saytından cavablarının qrafik təsviri ilə tanış ola bilərlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 4-də Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçirilmiş ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsinin nəticələrini açıqlayıb. TQDK-dan Simsar.az-a verilən məlumata görə, ümumilikdə 30 binada təşkil olunmuş imtahan saat 13:00-da başlanıb və 2 saat 30 dəqiqə ərzində aparılıb. 

Nəticələr martın 6-da saat 18:00-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib. Bakalavrlar topladıqları ballar haqqında məlumatı "İmtahancell" xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir.

İmtahanda iştirak etmək üçün 18019 bakalavr qeydiyyatdan keçib. (Ötən il bu rəqəm 16510 olub). Onlardan 460 nəfər imtahana gəlməyib. İmtahanda iştirak etmiş bakalavrlardan 13 nəfəri qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunublar.

Hər bir bakalavr TQDK-nın internet saytına daxil olaraq öz cavablarının qrafik təsviri ilə tanış ola bilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!