5 Mart, 2012
18 NƏFƏR FHN-İ MƏHKƏMƏYƏ VERİB

İmişli rayon sakinləri icra hakimiyyətindən də məhkəməyə şikayət ediblər

2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının təsirinə məruz qalmış, bu günə qədər problemləri həll olunmayan 100- ə yaxın sakin Fövqəladə Hallar Nazirliyi və Nazirlər Kabinetini, eləcə də Meliorasiya və Su Təsərrüfatı ASC- ni dəyən ziyanın ödənilməsi tələbi ilə məhkəməyə verib.
Simsar.az-a daxil olan məlumata görə, mart ayında bununla bağlı daha 18 nəfərin məhkəməsi başlayır. İndiyə qədər 20 nəfərin məhkəmə işi 1- ci instansiyadan keçib, 14 nəfərin işi Yasamal rayon məhkəməsinə, 7 nəfərin işi Apelliyasiya məhkəməsinə, 1 nəfərin işi isə Ali məhkəməyə göndərilib. 1 nəfərin iddiası məhkəmənin qərarı ilə, 5 nəfərin iddiası məhkəmənin gedişində, 2 nəfərin iddiası isə məhkəmə prosesi başlamadan təmin olunub. Əlavə olaraq 40 nəfərin iddia sənədləri hazırlanaraq 1 saylı İnzibatı İqtisad Məhkəməsinə təqdim olunub. Hazırda 21 nəfərin işi isə məhkəməyə təqdim edilmək üçün hazırlanır.
Martın 6- dan start götürəcək 18 nəfərin məhkəmə prosesində iddiaçıların əksəriyyəti İmişli rayon sakinləridir. Digər iddiaçılardan fərqli olaraq iddiaçı İmişli rayon sakinləri yerli İcra Hakimiyyətini də məhkəməyə verib. Buna səbəb kimi İmişli RİH- nin sözü gedən rayonda evlərin tikintisi zamanı ayrı- seçkiliyə və korrupsiya hallarına yol verməsi qeyd olunur. İddia ərizəsində həmçinin bildirilir ki, İmişli rayonunda bir çox hallarda qəzalı evlər “unudularaq” daha çox ehtiyacı olan insanlara deyil, evi qəzalı olmayan, imkanlı şəxslərə evlər tikilib. Məhkəmə iddiaçı sakinlərlə yanaşı FHN və İmişli RİH- ni də məhkəməyə çağrılıb.
Məhkəmə prosesi 6 mart saat 11 30- da 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində başlayır. Məhkəmə prosesində KİV və QHT nümayəndələrinin iştirakı açıqdır.
RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!