3 Mart, 2012
Bakıda yağış gözlənilir

Sabah Azərbaycanda hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 4-də Bakıda və Abşeron yarımadasında gecə və axşam yarımadasının bəzi yerlərində az yağıntılı olacağı gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq.

Martın 4-də axşam bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 7-12 dərəcə şaxta olacağı gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!