2 Mart, 2012
Azərbaycan Dillər Universitetində jurnalistika fakültəsi açılacaq

Qəbul prosesi qabiliyyət imtahanı ilə deyil, ümumi imtahanla aparılacaq

Azərbaycan Dillər Universiteti 2012-ci ildən jurnalistikanı çox yüksək səviyyədə tədris etməyə başlayacaq.

Simsar.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında millət vəkili, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov deyib.

O bildirib ki, qəbul prosesi qabiliyyət imtahanı ilə deyil, ümumi imtahanla aparılacaq.

“Azərbaycan jurnalistikası üçün xarici dilləri, beynəlxalq jurnalistikanı bilmək lazımdır. Dillər universitetinin bu nöqteyi-nəzərdən çox yüksək bazası var.

Artıq proseslə bağlı Təhsil Nazirliyi öz ekspertlərini göndərib və onlar müsbət rəy veriblər”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!