2 Mart, 2012
“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov barəsində istintaq aparılır

İstintaq “Kamran” MMC ilə bağlı açılan cinayət işinin tərkibində gedir 

“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovla bağlı cinayət işi istintaq olunur”.
Simsar.az-ın xəbərinə görə, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, İ. Axundovla bağlı cinayət işi “Kamran” MMC ilə bağlı açılan cinayət işinin tərkibində aparılır: “Heç kim məsuliyyətdən kənarda qalmayacaq. Bu günə qədər kimin barəsində sübutlar toplanıbsa, onun barəsində tədbirlər görüləcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!