29 Fevral, 2012
“Azərbaycana hərbi sahədə istənilən dəstəyi göstərməyə hazırıq”

Pakistan Senatının sədr müavini belə deyib

“Pakistan Azərbaycana hərbi sahədə istənilən dəstəyi göstərməyə hazırdır”.

Simsar.az-ın məlumatına görə, bu fikirləri Bakıda keçirilən mətbuat konfransında Pakistan Senatının sədr müavini Mir Can Məhəmməd Xan Camali bildirib.

Cəmalinin sözlərinə görə, hazırda Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Bakıdadır: “Pakistan bu gün nüvə dövlətidir. Öz silahlarımızı, tanklarımızı istehsal edir, döyüş gəmilərimizi modernləşdiririk. Azərbaycanlı qardaşlarımıza çatdırmaq istəyirik ki, Türkiyə ilə bir yerdə hər zaman Azərbaycanı dəstəkləməyə hazırıq. Biz 3 dövlətdən biriyik ki Ermənistanı bir dövlət kimi tanımırıq”.

Cəmali Pakistanın Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarının mövcud olduğunu vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!