29 Fevral, 2012
Prezident Fransanın qərarını alqışladı

O, bunu söz və fikir azadlığının təzahürü kimi dəyərləndirib

“Azərbaycan prezidenti İlham Əliyev Fransa Konstitusiya Şurasının ədalətli qərarını alqışlayır, bunu söz və fikir azadlığının təzahürü kimi dəyərləndirir”.

Simsar.az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilir: “Eyni zamanda dövlət başçısı Fransa Senatının bir qrup üzvünün qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğv edilməsi ilə bağlı Fransa Konstitusiya Şurasına və Fransa ictimaiyyətinə ünvanladığı müraciəti yüksək qiymətləndirir və Fransada bu qəti mövqedə duran bütün insanlara minnətdarlığını bildirir.

Qeyd etmək lazımdır ki, Fransa Konstitusiya Şurasının bu addımı dünya ermənililiyinin riyakarlığının qarşısına çəkilmiş bir səddir və dünya erməni lobbisinin mənfur fəaliyyətinin iflasa uğramasının növbəti nümunəsidir”.

Qeyd edək ki, fevralın 28-də Fransa Konstitusiya Şurası qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunu ləğv edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!