29 Fevral, 2012
Bəşəriyyətə yaxşı xəbər

Kişi cinsinin məhv olacağı nəzəriyyəsi əsassızdır 

Kişi cinsinin tükənəceyini irəli sürən elmi nəzəriyyənin uzun sürən bir araşdırmanın nəticəsində doğru olmadığı üzə çıxıb. Simsar.az-ın məlumatına görə, kişi cinsiyyətini təyin edən Y xromosomunun get-gedə kiçilib, yox olacağı haqda xeyli müddətdir ki, Avstraliyalı alim Jennifer Graves tərəfindən irəli sürülən elmi nəzəriyyənin əsassız olduğu təsdiqlənib. 
2005-ci ildən ABŞ-da başlayan araşdırmanın nəticəsində isbat edilib ki, Y xromosomunun hələ milyonlarla il yaşayacaq.
Qeyd edək ki, cinsiyyəti xromosomlar təyin edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!