29 Fevral, 2012
XİN Fransa Konstitusiya Şurasının qərarını müsbət qarşılayır

“Ermənilərin bu addımı fiaskoya uğradı”

“Ermənilər prezident seçkiləri öncəsi Fransanı şantaj edərək qanunu müzakirəyə çıxarsalar da, onların bu addımı fiaskoya uğradı”

 “Fransa demokratiyanın mənbəyi kimi uydurma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunu təsdiqləsəydi, bu, ölkənin imicinə böyük zərər gətirərdi”. Simsar.az-ın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. 

Elman Abdullayev bildirib ki, Azərbaycan Fransa Konstitusiya Şurasının qanunu ləğv etmək barədə qərarını çox müsbət qarşılayır: “Ermənilər Fransada prezident seçkiləri öncəsi Fransanı şantaj edərək qanunu müzakirəyə çıxardılar. Amma onların addımı fiaskoya uğradı”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!