29 Fevral, 2012
Tibb Universitetinin tələbəsi intihar edib

Azərbaycan paytaxtında intihar hadisəsi baş verib

Bu barədə Səbail Rayon Polis İdarəsindən bildirilib.

Hadisə rayonun Y. Məmmədəliyev küçəsi, 11 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, İran İslam Respublikasının vətəndaşı, 1991-ci il təvəllüdlü Zibazad Aslan oğlu Talibi özünü asaraq intihar edib. Mərhumun üstündən məktub tapılıb. O, həmin məktubda həyatdan bezdiyini qeyd edib. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri isə hələlik məlum deyil.

Z. Talibi Azərbaycan Tibb Universitetinin tələbəsi olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!