29 Fevral, 2012
ERMƏNİLƏR ZABİTİMİZİ YARALADI

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti yaralanıb

Hadisə cəbhənin Xocavənd rayonu istiqamətində qeydə alınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev faktı təsdiqləyib. Bildirib ki, hadisə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında baş verib. Milli Ordunun leytenantı, 1988-ci il təvəllüdlü Pərvin Şahin oğlu Əliyev düşmən gülləsinə tuş gəlib. O, həkim nəzarəti altındadır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!