29 Fevral, 2012
İranda zəlzələ olub

İranda 4,5 maqnitudalı zəlzələ baş verib

Bu gün səhər İranın Dehlorean şəhərində 3,5 və 4,5 maqnitudalı iki zəlzələ baş verib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verir.

Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla səhər saat 05:30-da baş verdiyini bildirib. Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!